Kirkorovun 92 yaşlı atası həbs oluna bilər

Rusiyanın Xalq artisti Flip Kirkorovun 92 yaşlı atası Bedros Kirkorov həbs oluna bilər. SİA Rusiya mətbuatına əsasən xəbər verir ki, onun həbsinə səbəb yol hərəkəti qaydalarını pozmasıdır.

92 yaşlı Kirkorov yaxın zamanda idarə etdiyi avtomobil ilə ard-arda üç dəfə sürət həddini aşaraq 1,5 min rubl cərimələnib. Onun barəsində ödənilməmiş yol hərəkəti cərimələrinə görə inzibati iş açılıb. O, 15 sutka həbs oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə