Məşhur aktrisa mükafat almaq üçün Niderlanda gedib

Türkiyənin məşhur aktrisası Melis Sezen mükafat almaq üçün Niderlanda gedib. SİA “Milliyet”ə istinadən xəbər verir ki, “Amsterdam Septimius” mükafatına yeganə türk aktyor namizəd olan Melis geyimi ilə göz qamaşdırıb.

Aktrisa iddialı və zərif üslubu ilə gecədə diqqətləri üstünə çəkib. Sezen Niderland səfərindən görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Melis mükafatlandırma mərasimində “Gülcemal” serialındakı rolu ilə ölkəsini təmsil edib.

Xatırladaq ki, sözügedən ekran işində o Murat Ünalmış ilə baş rolları canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə