Madonna övladları ilə bir arada - FOTOLAR

66 yaşlı dünya ulduzu Madonna nadir hallarda göstərdiyi övladlarının hamısını bir araya toplayıb. SİA xarici mətbuata əsasən xəbər verir ki, 66 yaşını qeyd edən müğənni 6 övladı ilə birlikdə çəkilmiş nadir fotolarını yayımlayıb.

Madonnanın 66-cı ad günündə müğənninin kubalı aktyor Karlos Leonla ikinci evliliyindən olan qızı 27 yaşlı Lourdes Leon, ifaçının rejissor Qay Ritçidən olan oğlu, 24 yaşlı Rokko Riçi, eləcə də övladlığa götürülmüş uşaqlar - 18 yaşlı Devid Banda, 18 yaşlı Mersi Ceyms və 11 yaşlı əkizlər Stella və Ester iştirak ediblər. Yeri gəlmişkən, Madonnanın gənc sevgilisi onun doğum gününü diqqətdən kənarda qoymayıb. Axşam boyu 28 yaşlı Akeem Morris sevgilisinin yanında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə