Moskvada evli qadınlar arasında keçirilən "Miss Rusiya 2024" ümumrusiya gözəllik müsabiqəsinin finalı baş tutub. SİA Rusiya mətbuatına əsasən xəbər verir ki, yarışmanın qalibi Sankt-Peterburqdan olan çoxuşaqlı ana, iş qadını Lyudmila Rojneva olub. 40 yaşlı Lyudmila tacı əvvəlki titul sahibi Janna Specialın əlindən alıb.
Rojneva ilk dəfə deyil ki, belə tədbirlərdə iştirak edir. Keçən il o, "Xanım Sankt-Peterburq", həmçinin "Avtoladiya - 2023", "Xanım Bikini - 2023", "Xanım Aşpaz - 2023" müsabiqələrinin qalibi olub. 14 ildir ailəli olan Rojnevanın 3 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB