"Onu bir şey maraqlandırır - pul..!"

Boris Qalkin Vaikulenin "incəliklərini" ortaya qoydu

...Rusiyalı aktyor Boris Qalkin jurnalistlərlə söhbət edib və söhbət zamanı bir çox maraqlı mövzulara toxunub, o cümlədən xüsusi hərbi əməliyyatın əvvəlindən Ukraynanın tərəfini tutan müğənni Laima Vaykule haqqında danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, Qalkin, Riqada böyüdüyünü, bütün gənclik illərini Latviyada keçirdiyini və ona görə də Vaykulenin karyerasının necə başladığını yaxşı bildiyini deyib.

…O, estrada artisti, bar rəqqasəsi və müğənnidir. Uzun illər Yurmalanın Bulduri rayonundakı "Jūras perle" kabaresində işləyib. Onun şüuru meyxanada formalaşıb. "Sik maksa?" latış dilindən tərcümədə “bu nə qədərdir?” kimi tərcümə olunur. Onu bir şey maraqlandırır - pul. Kimdən, fərqi yoxdur. Onun üçün yalnız pul maraqlıdır. Bu, həmişə belə olub.

Qalkin bunu Vaykule haqqında deyib.

...Maraqlıdır ki, rusiyalı aktyor bir vaxtlar Laimanın əri Andrey Latkovski ilə çox yaxşı münasibətdə olduğu üçün Vaykulenin keçmişi haqqında ətraflı danışmayıb.

...Mən Andrey Latkovskini çox sevirəm, onunla çoxdankı, hətta yeniyetməlik dostluğumuz var.

Boris Qalkin bunu “aif.ru”-ya müsahibəsində bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə