"Ad günün mübarək, yoldaşım" - FOTO

Meqastar ləqəbli Tarkan həyat yoldaşı Pınar Tevetoğlunun ad gününü sosial media hesabından paylaşım edərək qeyd edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkanın emosional paylaşımı qısa zamanda çoxlu bəyənmə toplayıb.

Tarkan 2016-cı ilin aprelində Pınar Tevetoğlu ilə ailə qurub. Tarkan və Pınar Tevetoğlu 2018-ci ildə adını Liya qoyduqları qızlarını qucaqlayaraq ilk dəfə valideyn olma sevincini yaşayıblar. Məşhur müğənni hazırda ailəsi ilə Almaniyada yaşayır.

38 yaşı tamam olan Pınar Tevetoğlu ilə kamera qarşısına keçən Tarkan xanımı ilə foto çəkdirib; O, "Ad günün mübarək Pınarım. Sevinirəm ki, yoldaşım, ən yaxın dostum... Sağlamlıq, xoşbəxtlik və sevgi ilə daha nice gözəl illər... Səni sevirəm" qeydi ilə paylaşım edib.

Bütün xəbərlər Facebook səhifəmizdə