Orbakaite və ailəsinin harada istirahət etdiyi məlum olub

Orbakaite və ailəsinin harada istirahət etdiyi məlum olub

...Kristina Orbakaite hazırda əri, iş adamı Mixail Zemtsov və 12 yaşlı qızı Klaudiya ilə birlikdə Avropanı gəzir. Ailə artıq bir neçə ölkədə - Portuqaliya, İtaliya, Fransada olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “passion.ru” nəşri yazıb.

...İndi də müğənni sosial şəbəkələrdə Yunanıstanın Mikonos adasından şəkillərini yayımlayıb. O, ailə şəklinin altına bunları yazıb: “Mənim sevimli ənənəm gün batımını Mikonos adasında yola salmaqdır”.

Xatırladaq ki, mart ayında müğənninin Rusiya şəhərləri üzrə qastrolu ləğv edilmişdi. O, yalnız Moskva və Sankt-Peterburqda çıxış edə bildi. İyunun sonunda Kristina Orbakaite İsrailin dörd şəhərində bir neçə konsert verib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə