“Maksim Qalkin xarici agentdir, alnında yazılıb…”

Dövlət Dumasının mədəniyyət komitəsi sədrinin birinci müavini Yelena Drapeko deyir bunu...

...Komediyaçı və teleaparıcı Maksim Qalkin Kursk vilayətində davam edən döyüşlər fonunda İnstaqram səhifəsində rusiyalı sənətçilərə müraciət edib.

Teleaparıcı bir çox məşhur rus sənətçilərinin Kursk yaxınlığında baş verənlərə heç bir reaksiya göstərməməsinə və Kursk sakinlərinin köməyinə gəlməməsinə diqqət çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, o, maraqlanır ki, niyə bu yaxınlarda Anapada konsert verən Qriqori Lepsin Kursk vilayətinin sakinlərinin bədbəxtliyinə münasibət bildirməyib?

...Sənətçilərin sosial şəbəkələrdəki səhifələrini araşdıran

Qalkin, qeyd edir ki, Oleq Qazmanov öz hesabında keçmiş hitlərini xatırlayır, Nadejda Babkina isə pişiklə şəklini yerləşdirir.

Teleaparıcı qeyd edib ki, bu sənətçilər özündən fərqli olaraq Kursk vilayətində baş verənlərə reaksiya vermədiklərinə görə qınanılmır.

...Mən bu sırada qınanmağa layiq olan birinci deyiləm!

Qeyd edək ki, martın 12-də Moskva Şəhər Məhkəməsi Qalkinin xarici agentlərin reyestrinə daxil edilməsinin qanuniliyini tanıyıb. Onlar şoumeni Ədliyyə Nazirliyinin qərarından apellyasiya şikayəti vermək cəhdlərinə baxmayaraq, onu xarici agentlər siyahısından çıxarmaqdan imtina ediblər.

Onu da qeyd edək ki, 2023-cü ilin may ayında sənətçi Moskvanın Zamoskvoretski Məhkəməsində şöbəyə qarşı iddia qaldırıb.

Dövlət Dumasının mədəniyyət komitəsi sədrinin birinci müavini Yelena Drapeko isə bu arada bildirib ki, Qalkinin xarici agentlərin reyestrindən çıxarılmasına ehtiyac yoxdur. …O, xarici agentdir, alnında yazılıb. Bizdə onun ukraynalıları müdafiə edərək Rusiya əleyhinə danışdığı videoyazılar var. Ona görə də bu, heç müzakirə mövzusu da deyil, - deyə deputat bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə