Teylorun konsertləri terror təhlükəsinə görə ləğv edildi

Teylorun konsertləri terror təhlükəsinə görə ləğv edildi

Məşhur amerikalı müğənni Teylor Sviftin Avstriyanın paytaxtı Vyanada keçirilməsi gözlənilən konsertləri “terror” təhlükəsi narahatlığı ilə ləğv edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Vyana polisi bəzi tədbirlərə, o cümlədən Sviftin konsertlərinə “hücumlar planlaşdırdığı” iddia edilən iki nəfəri saxlayıb.

Konsertləri təşkil edən təşkilat “Barracuda Music” sosial media hesabından “Hər kəsin təhlükəsizliyi üçün planlaşdırılan 3 konserti ləğv etməkdən başqa çarəmiz yoxdur”, - açıqlamasını verib.

Açıqlamada konsert biletlərinin 10 iş günü ərzində geri qaytarılacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə