Di Kaprionun sevgilisi üzüklə görüntülənib

...Aktyor Leonardo Di Kaprionun gənc sevgilisi Vittoria Cerettinin barmağındakı üzük cütlüyün İtaliyada istirahəti zamanı jurnalistlərin diqqətinə düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Daily Mail yayıb.

Dekorasiya ürək şəklində hazırlanıb

...Ulduz cütlük tətil zamanı Di Kaprionun dostu Tobey Maguire, britaniyalı model Neelam Gill, amerikalı aktyor və rejissor Kevin Connolly və keçmiş Vogue redaktoru Edvard Enninfulla birlikdə olublar.

... Leonardo DiCaprio və Vittoria Ceretti 2023-cü ilin yayından görüşürlər. Cütlük ilk dəfə bu ilin əvvəlində Vittoria Los-Ancelesdə gümüş brilyant üzük taxarkən görünəndə nişan şayiələrinə səbəb olmuşdu.

Lakin o zaman bir insayder TMZ-yə bildirib ki, cütlük nişanlanmayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə