20 kq arıqlayan aktrisa çimərlik geyimi ilə heyran etdi - FOTO

Üçüncü övladını dünyaya gətirdikdən sonra sərt pəhriz proqramına əməl edən məşhur aktrisa Bergüzar Korel 20 kiloqram arıqlayıb. Hazırda tətilinin dadını çıxaran aktrisa çimərlik geyimində çəkdirdiyi fotoları sosial media hesabında paylaşıb. SİA xəbər verir ki, üçüncü körpəsindən sonra sərt pəhrizlə 8 ayda 20 kiloqram arıqlayan aktrisa son görünüşü ilə diqqət çəkib.

Ailəsi ilə tətildə olan aktrisa ağ çimərlik geyimində kamera qarşısına keçib. Hovuzda bir-birinin ardınca poza verən Korel həmin anları 2,3 milyon izləyicisi olduğu “İnstaqram” hesabında bu qeydlə paylaşıb:

“Rəqs etdim, çoxlu dondurma yedim, Mediş küftəsindən doydum. Qızardılmış badımcan qızartması və zeytun yağından doydum. Çox məhsuldar bir həftə sonu oldu".

Cazibədar aktrisanın hamar bədən quruluşunu görən istifadəçilər “Nitqim tutuldu” kimi müsbət şərhlər yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə