...Valeri Meladzenin həyat yoldaşı, müğənni Albina Djanabaeva ərinin ölkəyə qayıtdıqdan sonra o da Rusiyaya qayıda bilər.
SİA-nın əldə etdiyi məlumata görə, Aif.ru nəşri buna diqqət çəkib.
Djanabaeva Instagram-da Moskva vilayətindəki cütlüyün malikanəsinin mətbəxində dayanan masanın şəklini dərc edib. Məlum olub ki, Rusiyanı tərk etdikdən sonra cütlük evi satmayıb.
Meladzenin özü də əvvəllər Moskvada gürcü restoranlarından birində diqqət çəkib.
Qeyd edək ki, 2014-cü ildə sənətçi müğənni Albina Djanabayeva ilə ailə həyatı qurub. Cütlüyün birlikdə üç övladı var: sənətçinin qardaşının adını daşıyan 20 yaşlı Konstantin, 10 yaşlı Luka və 3 yaşlı Aqata.
Cütlük müsahibəsində, oğullarında olduğu kimi uşağın həyatında vacib anları qaçırmamaq üçün qızlarını dayələrin köməyi olmadan böyüdüklərini söyləyib.
Meladzenin keçmiş həyat yoldaşı vurğulayıb ki, qızlarının Djanabaeva ilə əlaqəsi yoxdur, lakin o, heç vaxt ataları ilə görüşlərinə mane olmayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB