...Cennifer Lopez və Ben Afflek boşanmağa tələsmirlər və evliliklərini xilas etməyə çalışmaq niyyətindədirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail insayderə istinadən xəbər verir.

Məşhur cütlüyə yaxın mənbə bildirir ki, məşhurlar hələ də toy üzüklərini taxmağa davam edirlər.

Boşanma sənədləri hazır olsa da, cütlük onları məhkəməyə verməyə tələsmirlər. Ailəni xilas etmək üçün onlar məhəbbətlərinin 20 ildən çox əvvəl başladığı çoxdankı ənənəni - gizli qeydləri xatırlamağa qərar verdilər.

İnsayder iddia edir ki, həyat yoldaşları bir-birlərinə səmimi məktublar yazır, burada ruhlarını tökürlər.

...Gərək ki, yadınızda olar, sənətçilər hələ 2000-ci illərin əvvəllərində nişanlanmışdılar, lakin sonradan evlənmədilər. İyirmi ildən sonra yenidən birləşdilər və nəhayət 2022-ci ildə “arzularına” çatdılar.

Bununla yanaşı, kifayət qədər qısa müddətdən sonra cütlükdə parçalanma baş verdi, bunun səbəbi, bir versiyaya görə, Lopezin reklam sevgisi idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə