Çulpan Xamatova anqarda işləməyə göndərilib..?

...Rusiya xüsusi hərbi əməliyyata başlayandan az sonra ölkədə ən çox axtarılan aktrisalardan biri Çulpan Xamatova ailəsini toplayıb Latviyaya köçüb.

Məlum olub ki, sənətçinin orada Riqanın elit ərazilərindən birində daşınmaz əmlakı varmış.

Tezliklə o da məlum oldu ki, Çulpan Latviya Milli Teatrında işləməyə başlayıb. Lakin aktrisanın xaricdəki karyerası elə də uğurlu alınmayıb.

Belə ki, “Dəlilərin qeydləri” tamaşasında rol alan Xamatova ictimai etirazlara görə teatr tamaşanı dayandırdıqdan sonra anqarda oynamağa məcbur olub.

Jurnalistlərin müəyyən etdiyi kimi, anqar Riqanın ən əlverişsiz ərazilərindən birinin sənaye zonasında yerləşir. ...Yalnız 380 yerlik kiçik, havasız bir otaqda ilk iki premyera şousu üçün zalın yarıdan bir qədər çoxuna bilrt satılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Passions veb saytı bildirir.

Yeri gəlmişkən, burada tamaşaya biletlərin qiyməti 80 ilə 120 avro arasındadır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə