Filipp Kirkorov niyə uşaqlarını Rusiyadan göndərib?

Məlum olub ki, müğənni bunu təkcə onların daha yaxşı təhsil alması üçün etməyib..?

...Bu yaxınlarda övladlarını Rusiya Federasiyasından göndərmiş rusiyalı müğənni Filipp Kirkorov onların tərbiyəsi və nizam-intizamının öhdəsindən gələ bilmədiyini etiraf edib.

...Bəzi Rusiya KİV-lərinin yazdığına görə, Kirkorovun qızı Alla-Viktoriya və oğlu Martinin Dubaya ən bahalı məktəbdə oxumağa getməsinə səbəb bu olub..?

O da məlum olub ki, uşaqlar BƏƏ-də 3 yaşdan 18 yaşa qədər tələbələri qəbul edən İsveçrə beynəlxalq özəl təhsil müəssisəsində təhsil alırlar.

Bu təhsil müəssisəsində cəmi 2000 uşaq var və onlardan 350-si Rusiya, ABŞ, Fransa və İsveçrədən olan əcnəbilərdir. Uşaqlar yalnız məktəb ərazisində uniforma geyinməlidirlər.

Şayiələrə görə, Putin tərəfdarı öz varislərini onların yaxşı təhsil almasını təmin etmək və ya onlara diqqəti artırmamaq üçün göndərirmiş. Müğənni uşaqlarının orada daha sərt tərbiyə olunmasını istəyir.

Yeri gəlmişkən, Kirkorovun uşaqları surroqat anadan dünyaya gəlib. Kirkorov tez-tez Alla-Viktoriya və Martini konsertlərə və müxtəlif şoulara aparırdı. Amma uşaqlar böyüyəndə onları xaricə oxumağa göndərməyə qərar verdi. Müğənni onu da qeyd edib ki, bütün hərəkətlərinə nəzarət etmək üçün onlara cib pulu vermir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə