“Yalı çapkını”nın aktyoru yeni serialda

Məşhur türkiyəli aktyor Melih Özkaya yeni seriala çəkilir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Bir yemin ettim" serialında rol alacaq.

Layihədə onun tərəf müqabili aktrisa Merve Kansu olacaq.

Ekran işində həmçinin Boğaç Aksoy, Elif Aksu, Halil brahim Yılmaz, Melda Arat, Alpay Özdoğancı, Işıl Mete, Okan Yiğit və Numan Çakır çəkiləcək.

Qeyd edək ki, Melih son olaraq "Yalı çapkını" serialında "Akın" obrazını canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə