"Karib dənizinin quldurları”, “Çarli və şokolad fabriki”, “Turist” və digər filmləri ilə tanınan amerikalı aktyor Conni Depp rus qadınla görüşür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qızın adı Yuliyadır. O, Praqada kosmetoloji klinikanın sahibidir. Aktyor və qız romantik səyahətə getdikləri Londonda helikopter meydançasında görüntüləniblər.

Cütlüyün necə tanış olduğu və nə qədər müddətdir görüşdüyü hələlik məlum deyil.

Deyilənlərə görə, rusiyalı qız hələ iki il əvvəl 61 yaşlı Conni ilə Praqada Ceff Beck-in konsertində görüntülənib.

Deppin dostlarının qeyd etdiyi kimi, onların münasibətləri indi yeni səviyyəyə çatıb və o xoşbəxtdir. Aktyorun pərəstişkarları Yuliyanın Hollivud ulduzunun qalmaqalda ayrıldığı keçmiş Ember Herdə bənzədiyini yazıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə