Hamilə aktrisa “Vogue” üçün kamera qarşısına keçdi

Amerikalı məşhur aktrisa Aleksandra Daddario ana olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa artıq altı aylıq hamilədir. O, “Vogue” jurnalı üçün kamera qarşısına keçərək fotosessiya etdirib.

Qeyd edək ki, Aleksandra özündən 17 yaş böyük kinoprodüser sevgilisi Endryu Forma ilə ailəlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə