Nesrin Cavadzadədən sərvət dəyərindəki saat iddialarına cavab

Türkiyədə yaşayan azərbaycanlı aktrisa 41 yaşlı Nəsrin Cavadzadə Muğlanın Göcek bölgəsində qaldığı otelin hovuzunda görüntülənib. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, bu zaman çəkilən fotolarda məşhurun qolundakı saat diqqət çəkib. Ortaya atılan iddialarda saatın 11 milyon TL dəyərində olduğu deyilib.

Cavadzadə bahalı saatı ilə bağlı bunları deyib: "Belə qiymət olar? Təbii ki, yazılanlar doğru deyil. Əgər belə bir qiymət olsaydı, vergi idarəsi qapıma gələrdi".

Bütün xəbərlər Facebook səhifəmizdə