Aleynadan Doğukanla bağlı açıqlama

Aktyor Doğukan Güngör və "Survivor"un yarışmacısı Aleyna Kalaycıoğlu bir müddət əvvəl Çeşmədə çimərlikdə birlikdə görüntülənmişdi. SİA xəbər verir ki, Kalaycıöğlu haqlarında çıxan eşq dedi-qodularına cavab verib.

"Doğukan dostumun dostudur. Birlikdə çimərlikdə idik. Telefonunda nəsə göstərirdi. Günəş də var idi. Qolumu qucaqladı ki, o görüntünü mənə göstərsin. Amma bundan sonra dostum deyil. Bizim aramızda münasibətin olması mümkünsüzdür" deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə