“İnanılmaz qürur duyuram...”

Kamaliya qızlarının xaricdəki ilk uğurlarından danışıb...

...Ukraynalı müğənni Kamaliya keçmiş əri, iş adamı Məhəmməd Zahurla birlikdə Londonda yaşayan əkiz qızlarını ziyarət etmək üçün Böyük Britaniyaya gəlib.

İfaçı qızların məktəbdəki ilk uğurları ilə öyünüb. Ulduz valideynlər 10 yaşlı Arabella və Mirabella üçün məktəb tədbirinə qatılıblar.

Kamaliyyə İnstaqram səhifəsində Mirabellanın akademik uğuruna görə iki diploma layiq görüldüyünü paylaşıb. Ana qız üçün sevincini və qürurunu gizlətməyib.

Müğənni keçmiş ərinin qızlara necə dəstək olduqlarını da göstərib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, onlar birlikdə bayram konsertindən həzz alıblar və qızlarını ilk uğurları münasibətilə təbrik edidlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə