Günayın əri beşinci dəfə ata olacaq - FOTO

"Yaprak Dökümü" serialında Oğuz kimi yadda qalan aktyor Tolqa Karel karyerasının zirvəsində hər şeyi tərk edərək Amerikaya köçmüşdü. SİA xəbər verir ki, aktyorluğu atıb yük maşını sürücüsü olan Tolqa Karel Amerikada özünə yeni həyat qurub və yenidən evlənib. 3 uşağı olan Karel yenidən ata olacaq. O, hamilə həyat yoldaşının fotosunu yayımlayaraq, onu ad günü münasibətilə təbrik edib.

Xatırladaq ki, Karelin ilk evliliyi azərbaycanlı model Günay Musayeva ilə olub. Bu nikahdan onların Cahangir adlı bir oğlu var. Günay daha öncə verdiyi müsahibədə atasının oğlu ilə görüşmədiyini demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə