Məşhur reper Rusiyanı tərk etdi

Amerikalı reper Kanye Uest Rusiyanı tərk edərək Almaniyaya yollanıb. SİA xəbər verir ki, bu barədə "REN TV" Teleqram kanalı məlumat yayıb.

Yayılan məlumatlara görə, ifaçı Türkiyənin İstanbul şəhərində bir günlük istirahətdən sonra Berlinə gedib.

Kanal biletin üzərindəki məlumatlara da diqqət çəkib - soyad sütununda Ye, ad sütununda isə FNU (First Name Unknown) göstərilir.

Xatıqladaq ki, mart ayında Uestin sözçüsü Milo Yiannopoulos reperin "qul adı" ilə deyil, Ye adlandırılmasını tələb etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə