Leyla Ramazanlı qız anası olub - FOTO

Müğənni Leyla Ramazanlı qız anası olub. SİA xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb. Dünyaya gətirdiyi körpəsi ilə xəstəxanadan fotolarını izləyiciləri ilə bölüşən Leyla "Həyatımıza xoş gəlmisən, qızım" sözlərini yazıb.

Qeyd edək ki, L.Ramazanlı 2019-cu ilin aprelində fotoqraf Kamran Aydınla ailə qurub. Cütlüyün 2020-ci ildə Məhəmməd adında bir oğlan övladı dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə