Verka Serduçka Ukraynaya dəstək verməkdən imtina edib

...Verka Serduçka təxəllüsü ilə çıxış edən ukraynalı müğənni Andrey Danilko Instagram-dakı bloqunda (Rusiya Federasiyasında fəaliyyət qadağandır – A.B.) xəbər verildiyi kimi, Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə ATLAS UNITED 2024 musiqi festivalında çıxışını ləğv edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənətçi bu qərarı rus dilində mahnılara görə son çıxışında yaranan qalmaqaldan sonra verib.

Qeyd edək ki, Danilko qısa müddətdə "proqramı ukraynalaşdırmağa" vaxtının olmayacağı ilə izah edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə