Alsu boşanma fonunda səhnəyə qayıtdığını açıqladı...

Rusiyalı müğənni, teleaparıcı və aktrisa Alsu tezliklə səhnəyə qayıdacağını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bir gün əvvəl Alsu "İlin anası 2024" dünyəvi mükafatına gəlib və "Sevən Ana" mükafatını alıb.

İndi onun üç övladının atası Yan Abramovla boşanma prosesi gedir.

...Mən indi həyatımın yeni mərhələsindəyəm, səhnəyə qayıdıram, qastrol səfərləri, tamaşalar və yeni mahnılar olacaq.

Alsu bunu MK.RU-ya bildirib.

Daha əvvəl o, boşanmasının səbəbləri ilə bağlı ictimaiyyətin son şübhələrini bircə kəlmə ilə aradan qaldırmışdı.

Qeyd edək ki, Alsu ərizəsini mayın sonunda verib; növbəti məhkəmə iclası iyunun 27-də olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə