Məşhur cütlüklə bağlı həqiqət üzə çıxdı - FOTO

Türkiyəli məşhur cütlük Anıl Altan və Pelin Akil barələrində gəzən boşanma şaiyələri haqda danışıb. SİA xəbər verir ki, A.Altan Berfu Yenenlerin Yutub proqramında maraqlı açıqlamarı ilə diqqət çəkib.

“Pelin məndən 4 yaş böyükdür. Həmyaşıdlarımla anlaşa bilmirdim. Amma Pelin mənim yanıma eyni yaşda gəlsəydi, yenə də aşiq olardım", - aktyor bildirib.

Anıl Altan deyib ki, bu söz-söhbətlər keçən ildən başlayıb: "6 aydan bir bizi boşamağa çalışırlar. Qızlarımız üçün yaxşı bir pedaqoq axtarırdıq. Bu, “boşanırlar, uşaqları üçün pedaqoq axtarırlar” xəbərinə çevrilib. Biz çox xoşbəxtik və boşanmadan söhbət belə gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə