Alsu Reşetovanı əri ilə intim münasibətdə olmaqda ittiham edib

...Bu arada müğənni Alsu heç vaxt evli kişi ilə görüşməyəcəyini deyən model Anastasiya Reşetovanı yalan danışmaqda ittiham edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri reperin keçmiş sevgilisi Timati, Alsunun əri Yan Abramovla münasibətdə ittiham olunandan sonra deyib.

...O, yalan danışır,-deyən Alsu, Reşetovanın Abramovla hər hansı bir əlaqəsini inkar etdiyi nəşri şərh edib.

Maraqlıdır ki, müğənninin pərəstişkarları dərhal ərinin onu modellə aldatdığı qənaətinə gəliblər, hətta şahid də tapıblar.

Belə ki, Abramovun Reşetova ilə əlaqəsinin şahidi

İtaliyada yaşayan blogger Elina olub.

Onun sözlərinə görə, keçən il iş adamı və model Çinə viza üçün birlikdə müraciət ediblər.

İddialara görə, Elinanın dostu onların müraciət etdikləri viza mərkəzində işləyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə