Teatrdan qovulan Çulpan Xamatova gələcək planlarından danışıb

...Yeni Riqa Teatrının truppasından ayrıldıqdan sonra rusiyalı aktrisa Çulpan Xamatova gələcək planlarından danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, “StarHit”-ə verdiyi müsahibədə o, Avropa və ABŞ-a qastrol səfərinə çıxmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, rejissor Dmitri Krımovun quruluşunda üç yeni tamaşa planlaşdırılır.

...Sonra Mixail Durnenkov Estoniyada nümayiş etdiriləcək yeni pyes yazacaq. Bundan sonra Deyl Teatrında tamaşa ola bilər, - deyə sənətçi əlavə edib.

Xamatovanın Latviya teatrından qovulması iyunun 17-də məlum olub.

Qurumun bədii rəhbəri Alvis Hermanisə yaxın mənbənin sözlərinə görə, bu qərara səbəb rejissorun aktrisanın işindən narazılığı olub.

Və onun iştirakı ilə göstəriləcək tamaşalar ləğv edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə