Demet əməliyyatla arıqladığını etiraf etdi

Son zamanlar xeyli çəki atması ilə gündəm olan türkiyəli müğənni Demet Akalın "Pop bizde" adlı "youtube" verilişində qonaq olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ilk dəfə artıq çəki aldığı zamalarda yaşadığı sıxıntılardan danışıb. Sənətçi, artıq kilolarından qurtulmaq üçün əməliyyat etdirdiyini etiraf edib: "Aldığım bəzi müalicələrdən çox kilo almışdım. Pəhrizlə arıqlamaq artıq mümkünsüz idi, bacarmırdım. Keçən ilə qədər özümü o qədər bədbəxt qadın hiss edirdim ki, sırf bu çəkilərə görə. İnandırım sizi, dəniz kənarında belə dəsmalda günəşlənirdim. Çox kefsiz olurdum və bu halım ailəmə də yansıyırdı. Onlar da gərgin və bikef olurdular. Çəki atmaq üçün keçən ay bir əməliyyat keçirtdim. Özümü o qədər gözəl və özgüvənli hiss edirəm ki, bu xoşbəxtliyi sözlə ifadə edə bilmirəm. Əvvəlki Demet geri gəldi".

Bütün xəbərlər Facebook səhifəmizdə