Afaq Bəşirqızı səhhətindən danışdı

Xalq artisti Afaq Bəşirqızı səhhətindən danışıb. SİA xəbər verir ki, aktrisa artıq sərbəst yeriyə bildiyini deyib.

"Mən həyatımın yarıdan çoxunu demək olar ki, həkimlərlə ünsiyyətdə olmuşam və həmişə onları sevmişəm. Onlar yer üzünə gəlmiş mələklərdilər. Onların sayəsində mən artıq sərbəst yeriyə bilirəm" deyə aktrisa bildirib. Qeyd edək ki, xalq artisti uzun zamandır ayaqlarındakı ağrıdan əziyyət çəkirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə