Tatyana Lazareva terrorçu və ekstremistləri siyahısına daxil edilib

...Teleaparıcı Tatyana Lazareva terrorçuların və ekstremistlərin Rosfinmonitorinq siyahısına daxil edilib. Bu, "7508. Lazareva Tatyana Yuryevna, 21 iyul 1966-cı ildə anadan olub, Novosibirsk,” şöbənin siyahısında göstərilir.

Qeyd edək ki, teleaparıcı iyunun 13-də axtarışa verilib. Bu yaxınlarda sosial şəbəkələrdə Lazareva Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin Rusiya şəhərlərinə hücumundan danışıb.

Daha sonra Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədri Yelena Yampolskaya, prokurorluq Lazarevanın ifadələri ilə bağlı araşdırma təşkil etdiyini bildirib.

Teleaparıcı dəfələrlə Rusiya hökumətinin hərəkətlərini tənqid edib, buna görə özü də qınaq yağışına məruz qalıb. Ukraynada xüsusi əməliyyatın başlayandan sonra İspaniyaya gedən Lazareva, tez-tez Rusiyaya qayıtmaq barədə düşündüyünü bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə