...Hə, indi nə olasıdı ki..?

...Deməli, o gün RSFSR xalq artisti Nadejda Babkinanın gənc köməkçisi Sergey Ryabov...hamının gözü qabağında basıb Nadyanın boynundan öpüb.

SİA-nın əldə etdiyi məlumata görə, rus saytları da “srazı” bu məsələni açıb ağardıb.

Hələ bir əsas gətiriblər ki, guya Nadya Sergeydən 41 yaş böyükdür. Yaxşı ki, hələ "ayıbdır" deməyiblər.

Yenə də deyirəm, hə, indi nə olasıdı ki..? Bir də sevənlər arasında yaşın nə fərqi var ki..?

...Odey, o gün, "ağzıgöyçək rusların" acığına qoşulub bir yerdə Yaroslavl vilayətinə -“piknikə” gediblər.

Deyim ki, onlar hələ ki, heç biri sevgi münasibətində olduqlarını heç kimə deməyiblər.

Amma buna baxmayaraq, artıq şayiələr gəzməkdədir. Deyirəm, bu rusların işi-gücü yoxdur bəyəm?

...Hə, o gün də Ryabov onların münasibəti və Nadejdanın ona mənzil alması ilə bağlı ona ünvanlanan suala yaman qəzəblənib.

Yaxşı, bəs, onda Nadya neyləməlidir?

Eşitdiyimə görə, artıq bir ildən çoxdur ki, əvvəlki sevgilisi olan Yevgeni Qordan ayrılıb.

...Yeri gəlmişkən, Babkina bununla bağlı deyilən şayiələri hələ də danır.

Amma...hər halda onu da başa düşmək lazımdır.

Sual oluna bilər, Siz heç cavan olmamısınız?

...Mən bunu hansı üçün dedim..? Bilmirəm!

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə