Aygün Kazımovanın “gəlincik”ləri satışa çıxarıldı - FOTO

Xalq artisti Aygün Kazımova növbəti ilkə imza atıb. SİA xəbər verir ki, "Zaurla Günaydın” verilişində qonaq olan Pop diva bildirib ki, Aygün Kazımova gəlincikləri satışa çıxarılacaq. Ölkənin əsas ulduzu hətta kolleksiyadan ilk gəlinciyi aparıcıların övladı Dilavər üçün hədiyyə gətirib.

Qeyd edək ki, Azərbaycan şou biznesində Aygün Kazımova yeganə ulduzdur ki, onun adı ilə bağlı xüsusi hazırlanmış gəlincik kolleksiyası hazırlanıb. Müğənni ötən il bu obrazda fotosessiya etdirmiş və böyük səs-küyə səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə