“Survivor”da ikinci dəfə çempion oldu

Ötən gün TV8-də yayımlanan məşhur “Survivor All Star” yarışmasının final gecəsi baş tutub. SİA xəbər verir ki, beş ay yarım davam edən yarışmanın finalında Ogeday rəqibi Nefise ilə duelə çıxıb. O, Nefiseni üstələyərək “Survivor All Star 2024”ün çempionu olub.

Xatırladaq ki, bu, Ogedayın ikinci çempionluğudur. O, bundan öncə tamaşaçıların səsverməsi ilə rəqibi Adəmdən daha çox səs toplayaraq “Survivor 2017”nin qalibi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə