Axedjakova niyə ictimaiyyətə görünmür..?

Liya Axedjakova ötən il öz istəyi ilə “Sovremennik” Teatrını tərk edib. İndi onun media ilə faktiki olaraq əlaqəsi yoxdur və sosial tədbirlərdə görünmür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı aktrisa Yana Poplavskaya bildirib ki, aktrisanın ictimai məkandan yoxa çıxmasının səbəbini bilir.

O, Liya Axedjakovanın Rusiya Daxili İşlər Nazirliyinin Rusiya Silahlı Qüvvələrini gözdən salmaq üçün yoxlamasından qorxduğunu irəli sürüb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi Rusiyanın xalq artisti Liya Axedjakovaya qarşı Rusiya Federasiyası Silahlı Qüvvələrinin nüfuzdan salınması maddəsi ilə yoxlama aparıb. Buna səbəb aktrisanın Bremen şəhərində səhnəyə Ukrayna bayrağı ilə çıxması olub.

Qeyd edək ki, bundan əvvəl Axedjakova dəfələrlə Rusiya hakimiyyətini açıq şəkildə tənqid edib və Ukraynanı dəstəkləyib. 2023-cü ilin fevralında “Sovremennik” Axedjakova ilə sonuncu tamaşanı repertuarından çıxarıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə