Rusiyalı müğənni daha “qreçka” yeməyəcək..?

Müğənni Yuliya Saviçeva “Moskovski Komsomolets”ə müsahibəsində həkimlərin məsləhəti ilə qarabaşaqdan imtina etdiyini bildirib. Müğənni bu yolla guya fiqurunu qoruyacaq?

Saviçevanın sözlərinə görə, o, yalnız sağlam qidalar yeyir, buna görə də müəyyən yeməklər hazırlamaq üçün məhsulları diqqətlə seçir.

Müğənni bütün ailəni sağlam qidaya öyrətdiyini deyib. O, əmindir ki, bəzən yağlı bir şey ala bilərsən, ancaq yeyilən yeməyin miqdarını həmişə nəzərə almaq lazımdır.

...Mənim pəhrizimdə yağsız ət, ağ balıq, düyü var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu da sənətçi əlavə edib.

Bununla belə, Saviçeva vaxtaşırı özünü və yaxınlarını əzizləmək üçün hələ də restoranlarda yemək sifariş edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə