“Deep Purple” qrupu yeni albomundan ikinci sinqlını təqdim edib

“Deep Purple” qrupu “Pictures of You” sinqlını və rejissor Leo Feymerin öz səsyazma studiyasında bu mahnı üçün lentə aldığı klipini təqdim edib. SİA xəbər verir ki, musiqiçilər sosial şəbəkələrdə bildiriblər ki, sinql iyunun 28-də kompakt diskdə (CD) və 12 düymlük vinildə məhdud sayda buraxılacaq. Yeni mahnıdan savayı, 2022-ci ildə Milanda yazılmış, lakin daha əvvəl yayımlanmamış “When a Blind Man Cries” və “Uncommon Man” konsert yazıları təqdim ediləcək.

“Pictures of You” mahnısı “Deep Purple” qrupunun iyulun 19-da işıq üzü görəcək “=1” adlı yeni albomundan təqdim olunan ikinci sinqldır.

Əfsanəvi "Deep Purple” ingilis rok qrupu, 1968-ci ilin fevralında İngiltərənin Hartford şəhərində yaradılıb və 1970-ci illərin ən görkəmli və nüfuzlu “hard rock” qruplarından birinə çevrilib. Musiqi tənqidçiləri qrupu “ağır rok”un banilərindən biri hesab edirlər və bu janrın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirirlər. 2020-ci ildə İngiltərənin “Classic Rock” jurnalı bu qrupu “bütün zamanların ən böyük 50 rok qrupu” siyahısına daxil edib.

Tənqidçilər klassik “Deep Purple” heyətinin musiqiçilərini virtuoz ifaçı hesab edirlər. Dünyada qrupun albomlarının 100 milyondan çox nüsxəsi satıləb və qrup 2016-cı ildə Rok-n-roll Şöhrət Zalına (“Rock And Roll Fame Hall”) üzv qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə