Anastasiya Zavorotnyuk iyunun 1-də dəfn ediləcək

Rusiyanın əməkdar artisti Anastasiya Zavorotnyukla vida mərasimi Pokrovski monastırında baş tutacaq.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu aparıcı Andrey Malaxov deyib.

Dəfn mərasimi iyunun 1-də Troekurovskoye qəbiristanlığında olacaq.

Xatırladaq ki, aktrisa uzun sürən xəstəlikdən sonra bu gün 53 yaşında dünyasını dəyişib.

Malaxov qeyd edib ki, dəfn və dəfn yeri ilə bağlı qərarı ailə verib.

Qeyd edək ki, Zavorotnyuk “Mənim gözəl dayəm” serialında dayə Viki rolunu oynadıqdan sonra məşhurlaşıb.

O, həmçinin "Maşenka", "Apocalypse Code", "Office Romance" filmlərində rol alıb. Bundan əlavə bir çox tamaşada da oynayıb.

2019-cu ildə Zavorotnyuka beyin xərçəngi - glioblastoma diaqnozu qoyulmuşdu. Elə o vaxtdan aktrisa sosial tədbirlərdə görünməyi dayandırmışdı.

…Bu arada qızı Anna öz bloqunda rifahından danışıb. O, anasının ölüm xəbərini də verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə