Panin də Rusiyada terrorçu və ekstremist kimi tanınıb

Bu arada Rosfinmonitorinq hazırda ABŞ-a yaşayan rusiyalı aktyor Aleksey Panini terrorçular və ekstremistlər siyahısına əlavə etmək qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, Rusiya prezidenti Vladimir Putin xarici agentlərin bütün səviyyələrdə seçkilərdə iştirakını qadağan edən qanunu imzalayıb. Qanunun mətninə əsasən, indi xarici agentlərin seçkilərdə iştirak etməsi, müşahidəçi və ya namizədlərin vəkilliyi ilə çıxış etməsi qadağandır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə