Xuraman Şuşalı 31 il sonra onları axtarır

Xuraman Şuşalı 31 il sonra onları axtarır

Müğənni Xuraman Şuşalı "Səni axtarıram" verilişinə gələrək yardım istəyib. SİA xəbər verir ki, sənətçi sinif yoldaşlarını axtardığını deyib.

O bildirib ki, Şuşada birlikdə oxuduğu sinif yoldaşlarını axtarır:

"Şuşada 4 b sinfində oxumuşam. Firəngiz müəllimənin sinfində oxuyurduq. 1992-ci ildə didərgin düşdük. Onda dördüncü sinifdə idim. Qızları tapa bilmirəm. 31 il sonra görüşmək istəyirik, görüş günü də təyin olunub. Bir də gimnaziyada birlikdə oxuduğum 11 v - dəki dostlarımı axtarıram. Onları da 25 ildir görmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə