Çinarə Türkiyədə konsert verdi

25 may tarixində Türkiyənin Ankara şəhərində Cumhurbaşkanlığının sarayında Azərbaycanın müstəqillik günü və Silahlı qüvvələri günü münasibəti ilə konsert programı keçirilib. SİA xəbər verir ki, gecənin əsas sənətçiləri sırasında Azərbaycanlı ifaçı Çinarə Məlikzadə də yer alıb. O, vətənpərvərlik ruhunda ən məşhur mahnılarını ifa edib. Həmçinin tədbirdə Azərbaycan və Türkiyə tərəfindən bir çox rəsmi nümayəndələr iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə