Şahzadənin son durumu açıqlandı

Xərçənglə mübarizə aparan Keyt Middlton haqda yeni iddialar ortaya atılıb. SİA xarici mətbuata əsasən xəbər verir ki, Kensinqton sarayı onun vəziyyətinin təfərrüatlarını açıqlamasa da bəzi məlumatlar saraydan kənara sızdırılıb. Kimyaterapiyanın uğurla davam etdiyi bildirilib. Bununla belə, insayder xarici mediaya bildirib ki, Keyt Middlton ağır xəstəlikdən müalicə aldığı üçün əziyyət çəkir və bu, onun görünüşünə də təsir edib. Uels şahzadəsinin yaşadığı narahatlığı, xüsusən də uşaqlarından gizlətmək üçün hər cür səy göstərdiyi deyilir.

"Xərçəngin kökünü kəsməyə yönəlmiş intensiv müalicə indi dəhşətli nəticələrə səbəb olmağa başlayır”, - deyə kral ailəsinə yaxın mənbə bildirib. KİV-in məlumatına görə, xeyli çəki atan Middltonun dərisi korlanıb, saçları tökülür, beyin sümüyü zədələnib və kəskin ürək bulanmasından əziyyət çəkir.

Xatırladaq ki, yanvar ayında Keyt Middlton qarın nahiyəsindən əməliyyat olunub. Həkimlər ikinci tibbi müayinədən sonra şahzadə Uilyamın həyat yoldaşında şiş aşkarlayıblar. Uels şahzadəsi səhhətindəki problemlərdən ilk dəfə yalnız bu ilin martında videomüraciətində danışıb. Kate təfərrüatları açıqlamasa da insayderlərin bildirdiyinə görə, o, mədəaltı vəzin xərçəngindən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə