Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu

Avroviziya təmsilçimiz Dilarə Kazımova yeni klipinin anonsunu verib. SİA xəbər verir ki, "Aramızda cazibə" adlı layihəsindən bir parçanı sosial media hesabında paylaşan pop ulduz tezliklə mahnının tam versiyasını təqdim edəcəyini bildirib.

Qeyd edək ki, mistik mahnının musiqi və sözləri Sheyh Ree-ə (Şəhriyar Ramazanzadə) məxsusdur. Fərqli görüntüdə olan Kazımovanın videosunu isə Ülvi Daşdəmirli çəkib. Layihənin prodüseri Məryam Feyziyevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə