Fransada 77-ci Beynəlxalq Kann Film Festivalı başlayır

Fransada 77-ci Beynəlxalq Kann Film Festivalı başlayır. SİA xəbər verir ki, müsabiqənin proqramında 22 film olacaq.

Tamaşaçıların görəcəyi ilk film fransız rejissoru Kuentin Düpyenin “İkinci akt” filmi olacaq. Münsiflər heyətinə amerikalı rejissor, ssenarist, “Kiçik qadınlar”, “Ledi Berd” və “Barbi” kimi filmlərin müəllifi Qreta Qerviq rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə