Rok qrupunun lideri konsert zamanı cərimələnib...

...Nijni Novqorod məhkəməsi “Metal Corroziya” rok qrupunun lideri Sergey Troitskini “nasist simvollarının təbliği və ya nümayişi” maddəsi ilə təqsirli bilib və onu min rubl məbləğində cərimələyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə məhkəmənin qərarında deyilir.

Qeyd olunur ki, konsert zamanı “Nеnavist” (“Nifrət”) klubunda qadağan olunmuş nasist simvolları olan mallar satılıb.

Qeyd edək ki, Troitski heç bir satışla məşğul olmadığını, sadəcə çıxış etdiyini bildirib.

Onun sözlərinə görə, təbliğatla məşğul olmaq istəməyib. Xatırladaq ki, “Metal korroziyası” qrupu bu gün Nijni Novqorod klubunda saxlanılıb.

Konsertə gələn 40-a yaxın ziyarətçinin də saxlanıldığı bildirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə