Xəstəxanaya yerləşdirilən Yeşilçamın əfsanəvi aktyoru Nuri Alço kardiostimulyator əməliyyatı üçün Ankaraya göndərilib. SİA xəbər verir ki, aprelin 6-da evində halı pisləşən və müalicəsi xəstəxanada davam edən usta aktyor Nuri Alço əməliyyat olunmaq üçün Ankaraya göndərilib.

Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın təlimatı ilə Əskişəhər Şəhər Xəstəxanasına sövq edilən Alçonun müalicəsi Ürək Damar Cərrahiyyəsi (KVC) Reanimasiya şöbəsində davam etdirilib.

Əskişəhər Şəhər Xəstəxanasında aldığı müalicədən sonra həyatı təhlükədən çıxan Nuri Alço dünən axşam saatlarında təcili yardımla Ankara Hacettepe Universiteti Tibb Fakültəsinə köçürülüb.

Daha əvvəl bypass və ürək qapağı əməliyyatı keçirdiyi bilinən Nuri Alçoya Ankarada kardiostimulyator taxılacağını bildirən həyat yoldaşı Burcu Alço sosial media hesabından "Biziə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu çətin prosesdə sizi çox sevirəm, varlığınız üçün təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə