Kirkorovun Litvaya qarşı iddiası ilə bağlı qərar qəbul edilib

Avropa İnsan Haqları Məhkəməsi rusiyalı müğənni Filipp Kirkorovun milli təhlükəsizliyə təhdid hesab edilən Litvaya səfərinin qadağan edilməsi ilə bağlı müraciətini rədd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AİHM-in mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 2021-ci ildə Litva Rusiya və Bolqarıstan vətəndaşı Filipp Kirkorovun ölkəyə girişinə 5 il qadağa qoyub. Ölkənin Xarici İşlər Nazirliyi sənətçinin “Rusiya təbliğatını yaydığını və Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini dəstəklədiyini” iddia edib. Litva məhkəməsi bu qərarı dəstəkləyib. Nəticədə müğənni Avropa İnsan Haqları Məhkəməsinə qədər gedib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə