Rusiyada telekanallar Puqaçovanın yubileyinə məhəl qoymadılar

...Rusiya federal televiziya kanallarının yayım cədvəlinə müğənni Alla Puqaçovanın yubileyinə həsr olunmuş verilişlər daxil deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Qeyd edək ki, Puqaçova 15 aprel bazar ertəsi günü yubileyini qeyd edəcək. Onu da qeyd edək ki, onun 75 yaşı tamam olur.

Xatırladaq ki, 2019-cu ildə müğənninin 70 illik yubileyi üçün Birinci Kanal və Rusiya 1-də müğənniyə həsr olunmuş bayram proqramları və konsertlər yayımlanmışdı. “Radiotoçka NSN” xəbər verir ki, “Komsomolskaya Pravda” qəzetinin yazdığına görə, SSRİ və Rusiyadakı karyerası ərzində Puqaçova 14 milyard rubl qazanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə