Sofiya Rotaru “Crocus City Hall”la bağlı niyə susur..?

...Ukrayna və sovet estrada müğənnisi Sofiya Rotarunun prodüseri və konsertinin keçmiş direktoru Sergey Lavrov “Crocus City Hall”da baş verən terror aktından sonra susqunluğunu izah edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Moskovski Komsomolets” qəzetinə müsahibəsində danışıb.

Media meneceri bildirib ki, ifaçı baş verənləri ictimaiyyətə göstərməyi sevmədiyi üçün ictimaiyyət qarşısında başsağlığı verməmək qərarına gəlib.

...Yəni o, sosial şəbəkələrdə yazı yazmayıb, ona görə yox ki, simpatiyası yoxdur. Bilirəm ki, o, baş verənlərdən xəbər tutanda şoka düşüb və çox narahat olub.

Bunu deyən Lavrov, əlavə edib ki, hazırda sənətçinin sosial şəbəkələrdəki səhifələrini gəlini idarə edir və Rotarunun rəsmi hesabına belə abunə olmadığını da etiraf edib.

...Sofiya Mixaylovna öz səhifəsini özü idarə etmir. Sosial şəbəkələr heç onun işi deyil. Sofiya Mixaylovna onlardan uzaqdır.

Prodüser qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə